ABŞ-da hər il yanvar ayının üçüncü bazar ertəsi günü Martin Lüterin anım günü kimi qeyd olunur ki, buna görə ölkənin fond bazarı fəaliyyət göstərmədiyindən əsas şirkətlərin səhmləri dəyişməyib.
FED.az xəbər verir ki, Amerika fond bazarında "Dow Jones" indeksi 0,89% - 25 803,19 bəndədək, "S&P 500" 0,68% - 2 786,24 bəndədək, NASDAQ isə 0,68% - 7 261,06 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12% - 7 769,14 bəndədək, Almaniya DAX-ı 0,34% - 13 200,51 bəndədək, Fransa CAC-40-ı isə 0,13% - 5 509,06 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar artaraq 1 341,60 dollara, gümüşün qiyməti isə 0,23 dollar artaraq 17,38 dollara satılıb.