Ağdam Sənaye Parkında “Mister dekor” MMC tərəfindən divar kağızları istehsalı müəssisəsinin inşasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır - FOTOLAR
FED.az xəbər verir ki, fabrik təkcə Azərbaycanda deyil, Qafqazda divar kağızı istehsal edən ilk müəssisə olacaq.
MMC-nin rəhbəri Əli Əliyev bildirib ki, investisiya dəyəri 7 milyon manat olan müəssisənin 2024-cü ilin yazında istehsala başlaması planlaşdırılır: “Artıq avadanlıqlar gətirilib. Xaricdən mütəxəssislər dəvət edilib. Müəssisədə filizilin tərkibli yuyulan və yuyulmayan divar kağızları istehsal olunacaq. Müəssisə tam gücü ilə işə düşəndə illik 2 milyon rulon divar kağızı istehsal etməyi hədəfləmişik. Məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Fabrikdə 60 nəfər işlə təmin olunacaq”. (Azərtac)