Çinin bir sıra iş adamlarından ibarət nümayəndə heyətinin Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) səfəri baş tutub.
Ələt azad iqtisadi zonasının ərazisi 24 hektara yaxın genişləndirilir - SƏRƏNCAM
FED.az xəbər verir ki, səfər çərçivəsində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə keçirilən görüşdə iş adamlarına ƏAİZ-in unikal qanunvericilik bazası, investorlara təqdim edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi, habelə ƏAİZ-in strateji coğrafi mövqeyi, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və nəqliyyat-logistika mərkəzləri haqqında geniş məlumat verilib.
Mobil telefon, elektrik avtomobilləri, avtobuslar, tekstil avadanlığı və məhsulları, inşaat materialları və s. istehsal edən müəssisələrin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ƏAİZ-də investorlar üçün təşkil olunmuş biznes mühiti böyük maraqla qarşılayıb, gələcəkdə ƏAİZ-də qeyd olunmuş məhsulların istehsalı üzrə müəssisələr yaratmaq niyyətində olduqlarını bildiriblər.
Səfərin sonunda iş adamları ƏAİZ-də yaradılmış əlverişli şəraitlə yaxından tanış olublar.