6 oktyabr 2026-cı il tarixində Almaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən Alman Birliyi Günü münasibətilə təşkil olunan tədbirdə “Göygöl Şərab Zavodu” ASC tərəfdaş qismində iştirak edib.
FED.az xəbər verir ki, tədbir çərçivəsində şirkət öz məhsullarını qonaqlara təqdim edib və “Xan 1860” brendi altında təqdim olunan konyak məhsulundan dequstasiya təşkil edib. Tədbirdə Almaniya Səfirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, yerli və xarici qonaqlar, media nümayəndələri iştirak ediblər.
Bu kimi tədbirlər şirkət üçün Azərbaycan məhsullarının xarici qonaqlara təqdim edilməsi, yeni əlaqələrin qurulması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır. Xarici nümayəndələrlə birbaşa ünsiyyət Azərbaycan istehsalının və milli brendlərin yeni auditoriyalara çatdırılmasına imkan yaradır.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın spirtli içki istehsalı sahəsində zəngin tarixə və ənənələrə malik müəssisələrindən biridir. Şirkətin “Xan 1860”, “Göygöl” və “Karabakh” brendləri altında təqdim etdiyi şərab, konyak, araq və digər məhsullar müxtəlif ölkələrə ixrac olunur və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb.
“Göygöl Şərab Zavodu” ASC Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və yeni ixrac imkanlarının yaradılması istiqamətində fəaliyyətini davam etdirir.





![“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1238032.jpg)
![“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/365162.jpg)
![“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2892507.jpg)
![“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2707264.jpg)
![“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3570293.jpg)
![“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2259247.jpg)








