Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 1800-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Qeyd edilib ki, bugünədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.
200 hektar ərazini əhatə edən parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.
Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.