Baku Steel Company və Hindistanın Jindal Steel International şirkəti İtaliyanın Acciaierie d'Italia (ADI) zavodunu almaq üçün təkliflərini artırıb.
"Baku Steel Company" Azərbaycanın 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla - TƏLTİF EDİLİB
FED.azxəbər verir ki, bu barədə şənbə günü İtaliya hökuməti məlumat verib. Hazırda bu iki şirkət zavodun yeni sahibi olmaq üçün əsas namizədlər hesab olunur.
ADI zavodu İtaliyanın cənubundakı Taranto şəhərində yerləşir və uzun müddətdir maliyyə çətinlikləri ilə üzləşir. Artan enerji xərcləri və tələbatın azalması səbəbindən istehsal prosesini davam etdirməkdə çətinlik çəkən zavod hazırda dövlətin nəzarətindədir.
İtaliya hökuməti üçün ADI-nin gələcəyi vacib məsələdir. Baş nazir Giorgia Meloni zavodun bağlanmasının ölkənin istehsalat sektoruna ciddi zərər vuracağından narahatdır.
Zavodun rəhbərliyi daxil olan təklifləri nəzərdən keçirdiklərini və bu barədə tezliklə İtaliya Sənaye Nazirliyinə rəy bildirəcəklərini açıqlayıb.
Maliyyə detalları açıqlanmasa da, İtaliyanın "Il Messaggero" qəzeti Baku Steel Company-nin təklifini təxminən 1 milyard avroya (1,05 milyard dollar) qaldırdığını, bunun Jindal Steel-in təklifindən daha yüksək olduğunu yazıb.
Hökumət danışıqları mart ayına qədər yekunlaşdırmaq istəyir.