Ələt Azad İqtisadi Zonasının davamlı inkişafını təmin etmək məqsədilə yeni ayrılmış ərazilərin inkişafı istiqamətində işlər davam etdirilir.
Ələt Azad İqtisadi zonası üzrə İşçi qrupun tərkibi dəyişdi - MİKAYIL CABBAROV RƏHBƏR TƏYİN EDİLDİ
Ələt Azad İqtisadi Zonasınının müdiriyyətindən FED.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, ötən təcrübədə olduğu kimi, Ələt Azad İqtisadi Zonasına ayrılmış növbəti mərhələ ərazilərinin inkişafı ilə bağlı işlərin səmərəli təşkili və düzgün koordinasiyasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müvafiq dövlət qurumları və təşkilatlarının, həmçinin Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndələrindən ibarət İşçi qrupu yaradılmış və İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov təyin edilmişdir.
Sözügedən İşçi qrupunun yaradılmasında əsas məqsəd müvafiq dövlət qurumlarının iştirakı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin Baş planının tərtib edilməsi və bunun əsasında ərazi-xarici və ərazi-daxili nəqliyyat (dəmiryolu və avtomobil yolları) və mühəndis-kommunikasiya (su, qaz, elektrik enerjisi, kanalizasiya və s.) təminatı obyektlərinin layihələrinin hazırlanması və icrasının həyata keçirilməsidir.
Əminliklə qeyd etmək lazımdır ki, İşçi qrupunun yaradılması və fəaliyyəti Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin və müvafiq infrastrukturun daha sürətli və səmərəli şəkildə inkişafını təmin edəcəkdir.