2024-cü ilin yanvar ayında Azərbaycanda 22,9 min dkl viski və konyak istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 17,9 min dkl və ya 4,5 dəfə artıb.
Ötən ilin yanvar ayında 5 min dkl üzüm viski və konyak istehsal edilmişdi.
2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 65 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 30,9 min dkl, yəni 2 dəfə artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 30 min dkl olub.