2024-cü ilin yanvar ayında Azərbaycanda 61,4 min dkl üzüm şərabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 14,1 min dkl və ya 18,7% azalıb.
Ötən ilin yanvar ayında 75,5 min dkl üzüm şərabı istehsal edilmişdi.
2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 811,9 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 81,3 min dkl, yəni 9,1% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 893,2 min dkl olub.