Hazırda Azərbaycanın avtomobil istehsal həcmi aşağı olsa da, bu sahədə sürətli artım olacağı gözlənilir.
Azərbaycanda istehsal olunan hər 10 avtomobildən 1-i - XARİCƏ SATILIR
FED.az xəbər verir ki, bu, "Fitch Solutions" (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib.
FS qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ümumi avtomobil istehsalı 5 min ədəddən aşağı olsa da, daha çox istehsal zavodu fəaliyyətə başlayacağı üçün 2024-cü ildən 2028-ci ilə qədər artımın əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözlənilir.
"2024-cü ilin yanvarında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzavtosanoat” və “Azərmaş” şirkətləri 2026-cı ilə qədər Azərbaycanda illik gücü 30 min ədəd olan zavodun yaradılması haqqında saziş imzalayıblar. İranın Khodro Şirkəti (IKCO), 2024-2033-cü illər ərzində istehsalın 43,4% artımını dəstəkləyəcək, 2033-cü ilə qədər illik istehsal həcmini 100 min ədəddən bir qədər az təşkil edəcək" - FS-nin şərhində əlavə edilib. (Apa)