Oktyabrın 11-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC ilə Niderlandın “Damen Shipyards Gorinchem B.V." şirkəti arasında Dibdərinləşdirən CSD 650 gəmisinin tikintisi üçün müqavilə imzalanıb.
İlham Əliyev: "Gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq"
FED.az agentliyə istinadən xəbər verir ki, Azərbaycanda bu tip gəminin inşaası ilk dəfə həyata keçiriləcək.
Qeyd edək ki, cari ilin iyununda Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.