Çində yayılan yeni virusdan ölənlərin sayı birdən birə kəskin artıb.
FED.az xəbər verir ki, fevralın 13-də Çinin Xubey əyalətində virusdan 242 nəfər ölüb. Bu virus yayılandan bəri bir gün ərzində qeydə alınan ən çox ölüm hadisəsidir.
Eləcə də bax: Virusdan - 1017 ÖLƏN, 2222 SAĞALAN VAR
Bundan əvvəl ən çox ölüm hadisəsi fevralın 10-da olmuşdu – 103 nəfər. Virusa yoluxanların sayı da kəskin artır və 14840 nəfərə çatıb. Əvəzində regionda virusu tapmaq üçün yeni diaqnostika üsullarından istifadə edilməyə başlanılıb.
Ümumilikdə koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, ölənlərin sayı isə 1368 nəfərə çatıb.
Ölüm hallarının 1310-u virusun aşkarlandığı Xubey vilayətində qeydə alınıb.
Çin hökumətinin qərarı ilə virusun qarşısını almaq üçün bu vilayətə əlavə 2 min 600 hərbi tibb işçisi də göndəriləcək. Nəticədə Uxan şəhərinə gələn hərbi tibbi işçilərinin sayı 4 min nəfəri ötəcək.