Rusiya istehsalı “Sputnik V” peyvəndi insanları yeni növ koronavirus (COVID-19) infeksiyasından altı ay müddətinə qoruyur.
Eləcə də bax: 6 aydan sonra təkrar peyvənd vurulacaq? - TƏBİB-dən Açıqlama
FED.az xəbər verir ki, bunu Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri Vladimir Quşin bildirib.
Onun sözlərinə görə, “Sputnik V” peyvənd olunuş insanda koronavirusa qarşı immuniteti dəqiq altı ay müddətinə təmin edir.
V. Quşin altı aydan sonra yenidən peyvənd olunmağı tövsiyə edib.
Qeyd edək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko nazirliyin əhalinin təkrar vaksinasiyası üçün müəyyən yanaşmalar hazırladığını açıqlayıb. Onun sözlərinə görə, koronavirusun pik dövründə hər ayda bir dəfə, digər vaxtlarda isə ildə bir dəfə vaksin olunmaq kifayətdir. (Apa)