Banner

Sağlamlıq

Koronavirusdan ölənlərin sayı - REKORD VURDU - YENİ RƏQƏMLƏR

Koronavirusdan ölənlərin sayı - REKORD VURDU - YENİ RƏQƏMLƏR | FED.az
21:05 29 İyun 2020

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: 125 dollarlıq koronavirus dərmanının - İSTEHSALINA BAŞLANILDI

FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 73 93 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558ötən müddət ərzində isə ümumilikdə 475 min 525 test aparılıb.

Digər xəbərlər

Banner