Banner

Sağlamlıq

125 dollarlıq koronavirus dərmanının - İSTEHSALINA BAŞLANILDI

125 dollarlıq koronavirus dərmanının - İSTEHSALINA BAŞLANILDI | FED.az
12:56 29 İyun 2020

Misirin “Eva Pharma” əczaçılıq şirkəti koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” və “Favipiravir” preparatlarının istehsalına başlayıb.

Eləcə də bax: Çinin hazırladıgı koronavirus peyvəndi - NƏTİCƏ VERİB

 FED.az xəbər verir ki, “Eva Pharma” şirkəti iyun ayının əvvəli “Remdesivir” preparatının yaradıcısı “Gilead Sciences Inc” şirkətindən dərmanın istehsalı üçün lisenziya alıb. Dərmanın ilkin mərhələdə 50 000 dozasının istehsal ediləcəyi və bir qutusunun 125 dollara satılacağı bildirilib. Şirkət Misir üzrə tələbatın tam qarşılanmasından sonra dərmanı 127 ölkəyə ixrac etməyi planlaşdırır.

Şirkət, həmçinin ayda 1 milyon həb “Favipiravir” dərmanının istehsalına da başlayıb. Şirkətin məlumatına görə, yaxın 2-3 həftə ərzində bazara çıxarılması planlaşdırılan dərmanın qiyməti ilə bağlı hələ ki, yekun qərar verilməyib.

Qeyd edək ki, ABŞ istehsalı “Remdesivir” preparatı koronavirusa yoluxmuş orta və ağır vəziyyətdə olan xəstələr üçün, “Favipiravir” preparatı isə yüngül və orta vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub. (Qafqazinfo)

Digər xəbərlər

Banner