Sağlamlıq

Çində bir sutkada virusdan ölənlərin sayı - 150-YƏ ÇATDI

Çində  bir sutkada virusdan ölənlərin sayı - 150-YƏ ÇATDI | FED.az
08:23 24 Fev 2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə yüksəlib. 

Eləcə də bax: Çində virusdan bir sutkada - 109 NƏFƏR ÖLDÜ

FED.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu günədək sağalanların sayı 24734 nəfərdir. Son bir gündə isə daha 1846 nəfər xəstəxanalardan buraxılıb. Lakin gün ərzində koronavirusa yoluxanların sayı 409 nəfər artaraq ümumilikdə 77150 nəfər təşkil edib.

Sutka ərzində Hubey əyalətində 149 ölüm hadisəsi qeydə alınıb, bunlardan 131-ü Uhan şəhərində baş verib. Ümumilikdə bu bölgədə 64 287 yoluxma hadisəsi müşahidə edilib. Bazar günü 1,4 mindən çox insan sağalaraq tibb müəssisələrindən buraxılıb. 

Apa

Digər xəbərlər