Sağlamlıq

Çində 62 793 nəfər - KORONAVİRUSDAN SAĞALDI

Çində 62 793 nəfər - KORONAVİRUSDAN SAĞALDI | FED.az
08:30 12 Mart 2020

Son gün ərzində Çində 11 nəfər koronavirusun qurbanı olub, virusa daha 15 nəfər yoluxub.

FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 318 xəstə sağalıb.

Ölkədə virusa yoluxanların sayı 80 793 nəfərə çatıb. Qeyd edilir ki, onlardan 62 793 nəfəri sağalıb, 3 169 nəfər ölüb. Virusa yoluxanların 4 257 nəfərinin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Report

Digər xəbərlər