Bu ilin iyulun 1-i tarixinə olan məlumata görə, Azərbaycanda ümumi pensiyaçıların sayı 1 milyon 100 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Pensiyaçıların sayına görə ən yüksək göstərici paytaxt Bakı şəhərində qeydə alınıb ki, burada 389 min nəfər pensiyaçı yaşayır. Paytaxtdan sonra Sumqayıt şəhəri 37,2 min nəfər, Gəncə şəhəri isə təxminən 33 min nəfər pensiyaçı ilə növbəti yerlərdə qərarlaşıb. Regionlar arasında Lənkəran şəhərində pensiyaçıların sayı 22,7 min nəfəri ötüb, Masallı rayonunda bu rəqəm 20,4 min nəfərdən, Şəki rayonunda isə 20,3 min nəfərdən çox olub.
Ən az pensiyaçısı olan inzibati ərazi vahidləri arasında isə Xocavənd rayonu 896 nəfərlə sonuncu yerdədir. Bu siyahıda həmçinin Xocalı rayonu (1 149 nəfər), Naftalan şəhəri (1 166 nəfər) və Xızı rayonu (1 280 nəfər) da yer alır.