2025-ci ilin oktyabrın 1-nə, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə pensiyaçıların sayı açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin oktyabrı 1-nə, Azərbaycan Respublikası üzrə cəmi 1 milyon 100 min 019 nəfər pensiyaçı qeydə alınıb.
Renkinqə ən çox pensiyaçı sayı ilə 392 min 328 nəfərlə Bakı şəhəri başçılıq edir.
İkinci yerdə 46 min 747 nəfərlə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Sumqayıt şəhəri 36 min 698 nəfərlə üçüncü, Gəncə şəhəri isə 32 min 579 nəfərlə dördüncü olub.
Digər rayon və şəhərlərin içində Lənkəran rayonu (22 min 348 nəfər), Şəki rayonu (20 min 387 nəfər), Masallı rayonu (20 min 062 nəfər), Cəlilabad rayonu (18 min 764 nəfər), Şəmkir rayonu (18 min 318 nəfər) və Abşeron rayonu (17 min 736 nəfər) yer alıb.










