İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-nin balansında olan dəyəri 20.000 AZN-dən çox olan qızıl-zinət əşyalarının (ikinci əl) topdansatışı 26 dekabr 2018-ci il tarixində həyata keçiriləcəkdir (ilkin satış qiyməti satış günü müəyyən ediləcəkdir).
Eləcə də bax: Daha bir BOKT zərərdədir
FED.az xəbər verir ki, satışda iştirak etmək istəyən şəxslər 24 dekabr 2018–ci il, saat 18:00-a qədər Ərizə formasını dolduraraq cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisinə təqdim edə və ya [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Satışın keçiriləcəyi yer: Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, “World Business Center”, 3–cü mərtəbə;
Satışın keçiriləcəyi tarix və vaxt: Satış 26 dekabr 2018-ci il tarixində saat 10:00-da başlayacaqdır.
İflas prosesində olan BOKT qızıl-zinət əşyalarına satışa çıxarıb
09:16
19 Dek 2018