Son 3 il ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihəyə paylı investisiyalar baxımından Azərbaycan Biznesinin İnkişafı Agentliyi (ABİF) tərəfindən 47 milyon manat sərmayə yatırılıb.
"Azərbaycan Biznesinin İnkişafı Fondu" güzəştli kreditləşməni kəskin artırıb
FED.az xəbər verir ki, bu sözləri "Suveren Azərbaycan - Biznesdə yeni cığır" adlı konfransda ABİF-in nümayəndəsi Rüfət Əliyev bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, 23 layihəyə 45,6 milyon manat güzəştli kreditlər verilib:
“2024-cü ilin əvvəlindən bəri 43 layihəyə 55,9 milyon manat kreditə 47,8 milyon manat dövlət zəmanəti verilib. Eyni zamanda zəmanət verilmiş müraciətlər üzrə də təsdiqlənmiş subsidiya məbləği 14 milyon manat təşkil edir”.










