Azərbaycan işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə prosesinə xarici şirkətləri cəlb etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib.
Eləcə də bax: Prezident Agentliyin yeni sədrini qəbul edib - TAM MƏTN
“Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir. Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər”, - deyə dövlət başçısı bu gün bildirib.
O əlavə edib ki, Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlanmalıdır.