Müdafiə Nazirliyi lokal antiterror əməliyyatınını gedişi ilə bağlı son vəziyyəti açıqlayıb.
“Azərbaycan Qarabağda təmas xəttini bir neçə yerdə yarıb” - HİKMƏT HACIYEV
FED.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov bildirib ki, antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 60-dan çox döyüş mövqeyi ordumuzun nəzarətinə keçib.
Bundan başqa, ermənilərə məxsus 20-dək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, 30-dan çox 120 və 82 mm-lik minaatanlar, iki ədəd zenit raket qurğusu məhv edilib.
“Düşməni silahı yerə qoyub təslim olmağa çağırırıq. Mülki şəxslərə bu silahlı birləşmələrə yaxın durmamağı, həmçinin ərazidə olan mülki şəxslərə hər hansı yardım etməməyi tövsiyə edirik” - Anar Eyvazov deyib.