İşğalçı hərbiçilərin düşdüyü acınacaqlı vəziyyətin ifşa olunması Ermənistan Dövlət Qurumlarını təşvişə salıb.
Eləcə də bax: Ermənistanda qiymətlər artıb - Hərbi Geyimlər 50% Bahalaşıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Sputnik Armenia”nın məlumatına görə, sosial şəbəkələrin erməni seqmentində yayılan videoya görə Ermənistan polisi araşdırmaya başlayıb.
Polisdən bildirilib ki, bu mövzuda lazımlı tədbirlər görüləcək.
Xatırladaq ki, işğalçı erməni ordusundakı vəziyyətin göstərildiyi videoların birində hərbiçilər bildirib ki, silahları, çəkmələri, paltarları yoxdur. Onlarla rəhbərlikdən heç kim maraqlanmır. Bu vəziyyət erməni hərbiçiləri arasında kəskin etiraza səbəb olub.