Vergilər Nazirliyi markalanmış mal və məhsulların mənşəyinin müəyyən edilməsi və izlənməsi ilə bağlı yeni qanun hazırlayır.
FED.az xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ.Vəliyevin sözlərinə görə, "Track & trace" (təqib et və izlə) məsələlərini özündə əks etdirən yeni qanunvericilik bazası bu ilin ortalarınadək hazır olacaq: "Hazırda qaydaların hazırlanması prosesi gedir. Yalnız qanunvericilik bazası ilin ortalarına qədər hazırlanıb tamamlanacaq. Amma tətbiqi bir qədər vaxt apara bilər”.
Nazir müavini əlavə edib ki, bununla bağlı xüsusi mobil əlavə də istifadəyə veriləcək: "Track & trace" imkan verəcək ki, markalanmış mal və məhsulların mənşəyini, onun hazırlanması üçün keçdiyi bütün mərhələlər haqqında məlumat əldə edilsin. Bu əsasən hazırlanacaq mobil əlavələr və digər vasitələrlə mümkün olacaq".
Eləcə də bax: Mərkəzi Bankın satdığı xüsusi pul nişanlarının - QİYMƏTİ