«Diqlas» Ticarət Mərkəzində yanğın və sahibkarların böyük zərərə düşməsindən sonra Azərbaycanda mallarını sığortalamaq istəyən sahibkarların sayı kəskin artıb. Bu barədə FED.az-a sığorta şirkətlərindən bildirilib.
Şirkətlərdən bildirilib ki, hələ ilin əvvəlindən bu sığorta növunə marağın artması müşahidə olunurdu, son günlər, xüsusilə də yanğından sonra müraciətlərin sayı kəskin artıb.
«Son iki gündə iki sahibkarın mallarının sığortalanması ilə bağlı müqavilə bağlamışıq»-deyə sığorta agentlərindən biri FED.az-a bildirib.
Eləcə də bax: ““Diqlas”da yanmayan seyfim var idi, dollarlar istidən qopub tökülürdü”
Digər sığorta agenti isə elə bu gün (martın 28-də) yataq dəstləri satışı ilə məşğul olan sahibkarın mallarını 150 min manata sığortaladığını bildirib.
Sığorta şirkətlərindən birinin nümayəndəsi FED.az-a bildirib ki, təkcə martın 28-də mallarının sığortalanması ilə bağlı 18-ci müaciəti qəbul edir: «Sahibkarların əksəriyyəti «Diqlas»dakı yanğından sonra eyni halla üzləşəcəyindən və mallarının yanacağından narahatdırlar. Ona görə də müraciətlər artıb».