Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-dək Niderland şirkəti qeydiyyatdan keçib.
ELƏCƏ DƏ BAX: Son 10 ildə "Coca-Cola"da ilk dəfə yeni dad çıxacaq
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşdə bildirib.
Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6 faiz artıb.
Azərbaycandakı Niderland şirkətlərinin sayı – AÇIQLANDI
20:26
12 Fev 2019