Prezident İlham Əliyev ““Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Nazirlər Kabinetinə azad iqtisadi zona barədə tapşırıq verdi – SƏRƏNCAM
FED.az-ın məlumatına görə, fərmana əsasən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidir.
İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Regionların inkişafına dair yeni proqram – TƏSDİQLƏNDİ
19:15
29 Yan 2019