Bakıda fəaliyyət göstərən “Qismət” klinikası fantastik qiymətə satışa çıxarılıb.
FED.az-ın məlumatına görə, ümumi sahəsi 4300 kv olan 7 mərtəbəli özəl klinikanı satışa mülkiyyətçi özü təqdim edib.
ELƏCƏ DƏ BAX: Özəl klinikada çalışan həkimlərin – CİDDİ PROBLEMİ YARANIB
Hər bir şəraiti olan, avadanlıqlarla tam təmin olunmuş klinikanın qiyməti 15 milyon manatdır.
Mülkiyyətçi bildirib ki, klinikadakı aparatlar, əməliyyat otaqları, palatalar son modeldir. Klinikadakı avadanlıqların əksəriyyəti istifadə edilməyib.
Burada MRT və KT, USM, Rentgen aparatları da mövcuddur. Qiyməti bu qədər yüksək edən də klinikanın avadanlıqlarla birgə satılmasıdır.
publika.az
Bakıda klinika satışa çıxarıldı – QİYMƏT
19:57
28 Yan 2019