Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır.
ELƏCƏ DƏ BAX: Yeni sənaye məhəlləsi yaradılacaq- NAZİR
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirliyin Kollegiya iclasında bildirib.
Ş. Mustafayev deyib ki, 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. Eyni zamanda 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.
Şpris zavodu fəaliyyətə başlayacaq – AÇIQLAMA

19:08
22 Yan 2019