Eləcə də bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
FED.az-ın məlumatına görə, bu ilin noyabrında ölkədə 228 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətləər müxtəlif sahələr üzrə: nəqliyyat, mühasibat, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil və digər sahələri əhatə edir.
Yeni yaradılan şirkətlərin 191-i ölkə vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət açanlar var. Belələrinin sayı 37-dir. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır.
İran vətəndaşları tərəfindən təsis edilən şirkətlərin ayı 10 ədəd olub. Pakistan, Hindistan və Gürcüstan vətəndaşları da yeni şirkətlərin yaradılmasında fəal iştirak edib. Pakistnalılar 6, Hindistan və Gürcüstan vətəndaşları isə 4 yeni şirkət yaradıblar.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
Ölkə | Yaradlan şirkətlərin sayı |
İran | 10 |
Pakistan | 6 |
Hindistan | 4 |
Gürcüstan | 4 |
Türkiyə | 3 |
İngiltərə | 1 |
Ukrayna | 1 |
Türkmənistan | 1 |
Şri-Lanka | 1 |
Çin | 1 |
Koreya | 1 |
Banqladeş | 1 |
Misir | 1 |
Vyetnam | 1 |
Rusiya | 1 |
Yeni yaradılan şirkətlər arasında Çin , Koreya, Vyetnam,Banqladeş vətəndaşları da var.