Söhbət “Akkord Sənaye və Tikinti Korparasiyası” ASC-nin (“Akkord”) Müşahidə Şurasının sədr müavini olan Göksel Akbek vəzifəsini tərk edib.
FED.az xəbər verir ki, bu barədə banker.az şirkətə yaxın mənbədən əldə etdiyi məlumata əsasən yazıb.
Həmin vəzifəni isə Vüqar Süleymanova həvalə ediblər. Belə ki, bundan sonra bu vəzifəni MŞ sədrinin müavini kimi daşıyacaq.
ELƏCƏ DƏ BAX: Azərbaycanda yeni yaradılan xarici şirkətlər - SİYAHI
Qeyd edək ki, “Akkord”un MŞ-si üç nəfər – Sədr, 1 müavin və 1 üzvdən ibarətdir.
Xatırladaq ki, “Akkord”un səhmdarlarına aid (2017-ci ilin audit hesabatı) 400,74 mln. manat həcmindədir. Konsolidə olunmuş aktivlərinin həcmi 1,37 mlrd. manat həcmindədir.