Eləcə də bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
FED.az-ın məlumatına görə, bu ilin sentyabrında ölkədə 239 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 206-i ölkə vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət açanlar var. Belələrinin sayı 33-dür. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti Pakistan vətəndaşlarıdır.
Pakistan vətəndaşları bu il Azərbaycanda 8 şirkət təsis ediblər. Sonrakı yerləri İran və Türkiyə şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
Ölkə | Yaradlan şirkətlərin sayı |
Pakistan | 8 |
Türkiyə | 7 |
İran | 7 |
Ukrayna | 2 |
Nepal | 2 |
Kipr | 1 |
Birləşmiş Ərəb Əmirlikləri | 1 |
Qazaxıstan | 1 |
Hindistan | 1 |
Rusiya | 1 |
Moldova | 1 |
İngiltərə | 1 |