Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
FED.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
ELƏCƏ DƏ BAX: Hacı İbrahimin qardaşı məhkəmədə - 52 ŞİKAYƏTÇİ
Sonra məhkəmə B. Babayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirini həbs-qətimkan tədbiri ilə dəyişib.
O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, B. Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
400 minlik dələduzluq edən məhkəmədə – HƏBS EDİLDİ
20:43
13 Noy 2018