FED.az xəbər verir ki, “İxrac İcmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib.
Eləcə də bax: Xaricdən gətirilən siqaretə aksiz - ARTIRILACAQ
2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,
"Kapitan Fruits" MMC,
"MKT İstehsalat Kommersiya" MMC,
"Baku Steel Company" MMC,
"Qala meyvə-tərəvəz ixracat idxalat" MMC,
“Azfruittrade” MMC,
“Food Export Şəmkir” MMC,
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC
və “Sun Food” MMC önə çıxıb.
Bu şirkətlərin ixrac etdiyi məhsullar hesabına ölkəyə 332,4 milyon dollar daxil olub. Maraqlıdır ki, "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC və “Azfruittrade” MMC ötən il məhsul ixrac etməmişdilər və ixrac prosesinə yalnız bu il başlayıblar. Buna baxmayaraq elə birinci il ilk 10-luğa düşüblər.
Onlardan fərqli olaraq, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “Sun Food” MMC və "Baku Steel Company" MMC-nin ixracı ötən illə müqayisədə azalıb.