FED.az xəbər verir ki, Kontakt Home Hüquqşünas (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
• Azərbaycan, rus dili orta səviyyədə
• Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
• Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
• Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
• Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
• Müvafiq məlumat bazası yaratmaq
• Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək
• Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək
• Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər
Eləcə də bax: "Atəşgah" Sığorta işçi axtarır - VAKANSİYA
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Qeyd: İş yeri Gəncə şəhərində yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas (Gəncə)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Kontakt Home işçi axtarır - VAKANSİYA
18:41
2 May 2018