Şəmkir rayonunun Sarıtəpə kəndində yerfıstığının yığımına başlanılıb.
Yerfıstığı 80-ci illərdə Özbəkistandan Şəmkirə gətirilib və Sarıtəpə kəndində məskunlaşan məhsəti türkləri tərəfindən əkilib. Bu bitkinin becərilməsi zəhmətli olsa da, daimi bazarı var və gəlirli sahə sayılır.
Fermer Əli Ələkbərov müxbiri ilə söhbətində deyib ki, əkin işləri may ayında həyata keçirilib. Altmış sot ərazidə yerfıstığı əkib. Sahəyə aqrotexniki qulluq olunduğu üçün bol məhsul yetişib. Hazırda isə məhsul yığımı gedir. Fermer 60 sot ərazidən 1 tonadək məhsul əldə etməyi düşünür.
Qeyd edək ki, yerfıstığının tərkibi yağ, protein və digər maddələrlə zəngindir.