Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjadan FED.az-a verilən məlumata görə, bu dəfə hərraca AMB-nin 50100576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notları çıxarılıb.
Hərracda notlara böyük maraq olub. 19 investor tərəfindən qiyməti 99.4959 AZN (6.76%) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 875 milyon 101,9 min manat olub. Başqa sözlə, hərraca çıxarılan 200 milyon manatlıq notlara 4,5 qat artıq tələb gəlib.
Notların əvvəlki dövrlərə nisbətən gəlirliyini azalaraq 6,76%-ə enməsi də bu marağı azaltmayıb. Buna səbəb hazırda banklarda böyük həcmdə izafi likvidliyin yaranması və bunların bu vəsaitləri yerləşdirməkdə, yəni kredit kimi ayırmaqda üzləşdikləri çətinliklərdir. Məhz buna görə, banklar əllərindəki vəsaitləri AMB-nin notları, depozit hərracları və Maliyyə Nazirliyinin qısa müddətli istiqrazları kimi alətlərə yerləşdirirlər.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4959 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4959 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib.
Notların ödəmə tarixi 25.06.2019
Banklarda artıq pul var - 6,76%-Ə GÖRƏ NÖVBƏYƏ DÜZÜLÜBLƏR
16:35
29 May 2019