Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydası təsdiqlənib.
AYNA-nın şirkətlərə yazdığı cərimələri məhkəmə ləğv etdi
FED.a xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, aşağıdakı hallarda ödəniş nəqliyyat vasitəsinin sahibinə qaytarılır:
- nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;
- inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə.
Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumatın rəsmi çatdırıldığı gündən sonra nəqliyyat vasitəsinin duracaqda qaldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.














