2026-cı ilin iyulun 1-i tarixinə Azərbaycanın daxili dövlət borcunun səviyyəsi 15 milyard 982 milyon manat təşkil edib.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.
Daxili dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 6,96% azalıb.














