2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında bildirilir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil edib.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 iyul tarixinə 15 milyard 982,0 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdu. Cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1 milyard 27,5 milyon manatın ödənilməsi təmin edilmişdi.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmişdi.
Daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 iyul tarixinə 17 milyard 177,4 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil etmişdi.














