Bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat olub.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər veir ki, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 624,7 milyon manat və ya 3,2% azalıb. Xatırladaq ki, 2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat olmuşdu.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat olmaqla, illik müqayisədə 320,1 milyon manat (1,9%) azalıb. Belə ki, ötən ilin ilk yarısında dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat idi.














