Cari ilin ilk altı ayı ərzində Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan büdcə gəlirləri 2,8 faiz çox icra edilməklə 12 milyard 759,2 milyon manat təşkil edib.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
Maliyyə Nazirliyindən FED.az-a bildirilib ki, dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 420 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.














