Bu ilin birinci yarısında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat olmaqla, illik müqayisədə 320,1 milyon manat (1,9%) azalıb.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən bu ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq dövlət büdcəsinin xərclərini ötən ilin eyni dövrü ilə müqayisə edib.
Dövlət büdcəsinin xərclərinin dəyişimi aşağıdakı kimi olub:
Müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 437,4 milyon manat olmaqla, 412,7 milyon manat və ya 10,7% az;
İqtisadi fəaliyyət xərcləri 2 milyard 578 milyon manat olmaqla, 138,9 milyon manat və ya 5,1% az;
Təhsil xərcləri 2 milyard 400,1 milyon manat olmaqla, 72,5 milyon manat və ya 2,9% az;
Sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 359,8 milyon manat olmaqla, 161,7 milyon manat və ya 7,4% çox;
Ümumi dövlət xidmətləri xərcləri 2 milyard 339,5 milyon manat olmaqla, 175,8 milyon manat və ya 8,1% çox;
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 1 milyard 403,7 milyon manat olmaqla, 118,2 milyon manat və ya 9,2% çox;
Əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 669,4 milyon manat olmaqla, 97,7 milyon manat və ya 17,1% çox;
Səhiyyə xərcləri 591,6 milyon manat olmaqla, 201 milyon manat və ya 25,4% az;
Kənd təsərrüfatı xərcləri 527,3 milyon manat olmaqla, 61,5 milyon manat və ya 10,4% az;
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 217,9 milyon manat olmaqla, 26,3 milyon manat və ya 10,8% az;
Ətraf mühitin mühafizəsi xərcləri 147 milyon manat olmaqla, 24,1 milyon manat və ya 19,6% çox;
Mənzil və kommunal təsərrüfatı xərcləri 103,8 milyon manat olmaqla, 15,3 milyon manat və ya 17,3% çox təşkil edib.
Qeyd edək ki, bu ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2%-inə bərabər olub.
Cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 11 milyard 642,5 milyon manatı və ya 69,4%-i cari xərclərə, 4 milyard 188,2 milyon manatı və ya 25%-i əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6%-i dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Hesabat dövründə dövlət büdcəsi xərclərinin 52,4%-i və ya 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə sərf olunub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1% çoxdur.
Sosialyönlü xərclərə büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər daxildir.














