Ukraynanın yeni prezidenti Vladimir Zelenski bu gün keçirilən andiçmə mərasimində ölkədə aparacağı islahatları elan edib. FED.az xəbər verir ki, yeni prezident Ukrayna parlamentini - Ali Radanı buraxıb, yeni seçkilərin keçiriləcəyini bildirib.
Poroşenkonun bütün kadrları istefaya göndərilir
Baş prokuror və DTX rəhbərini isə işdən çıxarıb. Eləcə də digər məmurları istefa ərizəsi yazmağa çağırıb. Artıq Ukraynanın Müdafiə Naziri Stepan Poltorak da istefa verib. Nazir öz FB hsabında yazıb ki, qanunun tələblərini yerinə yetirir və bu posta namizəd sesməklə bağlı Vladimir Zelenskinin konstitusiya hüququna hörmətlə yanaşır. Bundan başqa, xarici işlər naziri Pavel Klimkin və Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov da istefaya gedib.
Eləcə də bax: Tramp «va-bank» gedir – «İranı məhv edərik»
Deputat toxunulmazlığı ləğv edilir, qanunsuz varlanma cinayət sayılacaq
Zelenskinin islahatlarında əsas istəqimətlərdən biri korrupsiyaya qarşı mübarizənin sərtləşməsi olacaq. Dövlət başçısı elan edib ki, korrupsiyada ittiham olunan məmurların təqib sadələşəcək. O cümlədən deputat toxunulmazlığı ləğv ediləcək. Bundan başqa, qanunsuz varlanmaya görə cinayət məsuliyyəti də nəzərdə tutulacaq.
«Kabinetdən mənim deyil, övladınızın şəklini asın»
Zelenskinin idarəetməyə gətirəcəyi növbəti dəyişiklik dövlət qurumlarında prezidentin şəkillərinin asılmayacağıdır. «İstəyirəm ki, kabinetlərinizdə mənim şəkillərim olmasın. Prezident büt deyil – kabinetlərinizdə mənim şəklimin yerinə öz övladlarınızın şəklini asın və qərar verəndə onlara baxıb qərar verin»-deyə Zelenski bildirib.