PUA hücumundan sonra təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
FED.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Hava limanından verilən məlumatda qeyd olunur: “Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən Həştərxan hava limanının cədvəlində dəyişikliklər edilib. Sərnişinlər uçuşların vəziyyəti ilə bağlı ən son məlumatları Həştərxan hava limanının saytından öyrənə bilərlər”.
Daha əvvəl Volqoqrad hava limanı Volqoqrad vilayətində PUA-nın hücumlarından sonra təyyarələrin uçuşuna məhdudiyyətlərin tətbiq edildiyini açıqlamışdı. (Azərtac)