Türkiyə 2017-ci il noyabrın 15-də Aşqabadda (Türkmənistan) imzalanan tranzit və nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişi ("Lapis Lazuli" marşrutu haqqında saziş) təsdiqləyib.
Eləcə də bax: Yükləri Orta Asiyaya fasiləsiz çatdıran fider gəmisi fəaliyyətə başladı - FOTOLAR
FED.az xəbər verir ki, qanun imzalandığı gündən qüvvəyə minir və onun müddəalarının icrası prezidentin nəzarətinə verilir.
Xatırladaq ki, "Lapis Lazuli" marşrutuna dair beştərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Sazişdə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz nəqliyyatı) modernləşdirilməsi, həmçinin gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Avtomobil, dəmir yolu və dəniz marşrutu ilə yükdaşımalarını ehtiva edən Lazurit dəhlizi yüklərin Əfqanıstandan və Asiyadan Avropaya çatdırılması üçün ən əlverişli və ucuz marşrutdur.
Report