ABŞ və İsrailin İrana hücumudan sonra başlayan müharibə və bölgədə yaranan vəziyyət dəniz daşımalarına ciddi təsirini göstərib.
FED.az xəbər verir ki, Hörmüz boğazından daşımaların çətinləşməsi və sonradan ümumiyyətlə dayanması bölgə ölkələrini nefti daşımaq üçün əlavə yollar axğarmağa məcbur etmiş, tanker sahibləri isə bundan böyük gəlirlər götürmüşdülər.
Belə ki, müharibə başladıqdan bir neçə həftə sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) transponderlər (üzərkən tanınma siqnalı verən qurğular – FED.az) olmadan gizli şəkildə üzmək və yükü digər tankerlərə ötürmək kimi taktikalardan istifadə edərək Hörmüz boğazından xam neftini gizli şəkildə çıxarmağa başlayıb.
Bu işdə ərəblərə Cənubi Koreyanın gəmiçilik nəhəngi Qa-Hyun Çunqun rəhbərlik etdiyi «Sinokor» Qrupu kömək edhib.
Bu şirkət gərginlik olan dövrlərdə Fars körfəzindən xam neft daşıyan supertankerlərin əsas sahibi idi. İyun ayına qədər BƏƏ-nin xam neft daşınmalarının təxminən yarısı «Sinokor» tərəfindən idarə olunan gəmilər vasitəsilə daşınıb.
Təbii ki, təlükəli proses böyük məbləğlər tələb edir - «Sinokor»un «Abu Dhabi National Oil» ilə bağladığı müqavilələr şirkət üçün böyük bir qazanc imkanı yaradıb. Gəmiçilik brokerlərinin hesablamalarına görə, hətta cəmi üç tankerin servis xidməti «Sinokor»a təxminən 60-120 milyon dollar qazanc gətirib.
Boğazda vəziyyət pisləşəndən sonra, bu şirkət aprelin ortalarından etibarən Əbu-Dabi Milli Neft Şirkətinə gəmilər icarəyə verməyə başlayıb. «Vortexa» analitik şirkəti tərəfindən toplanan məlumatlara görə, iyun ayına qədər BƏƏ-dən xam neft daşınmalarının təxminən yarısı «Sinokor» şirkətinin nəzarətində olan gəmilər vasitəsilə daşınıb.
ABŞ və İran arasında müvəqqəti atəşkəs qüvvəyə mindikdən sonra da, «Sinokor» Fars körfəzinə xam neft yükləməyə hazır 2 supertanker göndərib. Məsələ yalnız BƏƏ-dən gələn yüklərlə məhdudlaşmır. Şirkət körfəzin digər hissələrindən də neft barelləri əldə etmək məqsədi ilə gəmi brokerləri xidmətlərini fəal şəkildə təşviq edir.
Konteyner şirkətindən supertankerə qədər
Xatırladaq ki, baş ofisi Seulda yerləşən «Sinokor», fəaliyyətinə konteyner daşıma şirkəti kimi başlayıb, daha sonra neft tankerləri biznesində kiçik şirkətə çevrilib. Ötən ilin sonunda şirkət qəfildən dənizçilik sektorunun ən böyük oyunçularından biri olan MSC-nin dəstəyi ilə supertankerlərin alınması və icarəsi üçün bir sıra müqavilələr bağlayanda isə vəziyyət kəskin şəkildə dəyişdi.
150 gəmiyə nəzarət edir
Hesablamalara görə, fevral ayının sonunda «Sinokor» 150 çox böyük xam neft tankerinə nəzarət edir. Bu rəqəm sanksiyalara məruz qalmayan, uzunmüddətli çarter müqavilələri ilə bağlı olmayan və ya müntəzəm marşrutlarda fəaliyyət göstərən qlobal donanmanın təxminən 40 faizini təşkil edir.
Müharibənin başlamasından əvvəlki həftələrdə «Sinokor» körfəzə ən azı altı boş supertanker göndərib. Regionda neft saxlamaq üçün yerlər tutulanda şirkət bu gəmiləri gündəlik yüksək qiymətlərlə icarəyə verib.














