Rusiya martın 27-dən etibarən müntəzəm və çarter beynəlxalq hava əlaqəsini tamamilə bağlayıb.
Eləcə də bax: Naxçıvana təyyarə həftədə bir dəfə uçacaq - YENİ QƏRAR - QRAFİK
FED.az "trend"ə istinadən xəbər verir ki, bu qərar Rusiya hökuməti nəzdində koordinasiya şurasının rəyasət heyəti tərəfindən qəbul edilib.
Aviadaşıyıcılar yalnız sərnişinləri evə qaytarmaq üçün çıxış reyslərini yerinə yetirə biləcəklər. Xaricə uçuşların yerinə yetirilməsinə qadağa yük, poçt, sanitariya və humanitar daşımalarına şamil edilmir.