Nəqliyyat

Qurban bayramında Bakıdan Gəncəyə - ƏLAVƏ QATAR AÇILACAQ

Qurban bayramında Bakıdan Gəncəyə - ƏLAVƏ QATAR AÇILACAQ | FED.az
16:53 2 Avqust 2019

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.

Bu barədə FED.az "Trend"ə istinadən xəbər verir. 

Onun sözlərinə görə, Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaqdır.

Bakıdan və Gəncədən 13 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaqdır.

Digər xəbərlər